[b]“Azərbaycana gəldiyi gündən çox istəklidi”[/b]
14.05.2016 - 10:50
[b]“Azərbaycana gəldiyi gündən çox istəklidi”[/b]

“Qrup matçlarında futbol oynamağı bacardığımızı və fantastik xarakterə sahib olduğumuzu göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Stiv Kuper deyib.

 

Bakıda keçirilən U-17-lərin Avropa çempionatında ¼ finala adlayan ingilislər bu mərhələdə İspaniya millisi ilə qarşılaşacaqlar. Sabah keçiriləcək oyundan öncə Britaniya təmsilçisinin çalışdırıcısı yerli mətbuata açıqlama verib.

 

Komandasının qrup mərhələsindəki çıxışını dəyərləndirən Kuper İspaniya ilə matçın çox çətin keçəcəyini bildirib: “Bu komanda təslim olmayacaq və işlər yolunda gedəndə inam da yaranır. Qrup mərhələsində, xüsusilə, son 2 görüşdə daha yaxşı təsir bağışladıq. İndi bizi İspaniya ilə görüş gözləyir. Bütün diqqətimizi bu matça yönəltmişik. Ağır oyun olacaq. Lakin biz ispanlarla qarşılaşmanı səbirsizliklə gözləyirik”.

 

Kuperin fikrincə, yetirmələri Azərbaycandakı yarışda inamlı təsir bağışlayırlar: “Xüsusilə, Nelsonun çıxışından razıyam, əla formadadı. Azərbaycana demək olar ki, 2 həftə qabaq gəlmişik. Həmin gündən Nelson çox istəklidi. İnanıram ki, belə də davam edəcək. Komanda oyununa üstünlük verir. Amma fərdi cəhətdən də güclüdü, çoxlu qol vəziyyətləri yaradır”.