“Avropa çempionatında çox sərt oyun göstəririk. Azərbaycana gələn komandalardan ən möhkəmi bizik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Kes van Vonderen deyib.
Bakıda keçirilən U-17-lərin Avropa çempionatında “narıncılar” ¼ finaldan da üzüağ çıxıblar. İsveç üzərində 1:0 hesablı qələbə qazanan Hollandiya millisi adını yarımfinala yazdırıb.
Ölkəsinin mətbuatına açıqlama verən van Vonderen komandasının turnirdəki çıxışı və Portuqaliya ilə keçiriləcək yarımfinal görüşü barədə fikirlərini bölüşüb: “İsveçlə qarşılaşma bizim üçün asan keçmədi. İlk hissədə hər iki komanda ehtiyatlı oyuna üstünlük verdi. Düzdü, rəqibə qol vəziyyəti yaratmaq imkanı vermədik. Amma özümüz də onların qapısı qarşısında təhlükəli epizod yaratmaqda çətinlik çəkirdik. Fasilədən sonra isə əsl gücümüzü göstərə bildik və bunun hesabına qələbə qazandıq. Artıq yarımfinal oyunu barədə düşünmək olar. Rəqibimiz çox güclüdü. Portuqaliya yığmasının turnirdəki bütün görüşlərini təhlil edəcəyik. Matçın çətin keçəcəyini bilirik. Amma bura qədər gəlib, mübarizəni yarımfinalda dayandırmaq istəməzdik”.
Qeyd edək ki, hollandların Portuqaliya ilə yarımfinal matçı mayın 18-də “Dalğa Arena”da keçiriləcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi