[b]“Azərbaycana uyğun deyiləm” – şotlandiyalı futbolçu[/b]
03.04.2017 - 10:03
[b]“Azərbaycana uyğun deyiləm” – şotlandiyalı futbolçu[/b]

“Azərbaycan üçün uyğun futbolçu deyiləm”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Conston” klubunun yarımmüdafiəçisi Devid Uoterspun deyib.

 

Şotlandiya mətbuatına geniş müsahibə verən 27 yaşlı futbolçu əlifba sıralamasına görə müəyyən edilən 26 sualı cavablandırıb. Şotlandiya gənclər millisinin sabiq üzvünə verilən ilk sual isə Azərbaycanla bağlı olub.

 

“Vikipedia sizin Azərbaycanda oynaya biləcəyinizi yazır. Bu əlaqə hardandı” sualına cavab verən Uoterspun bunun doğru informasiya olmadığını söyləyib: “Həmin sayta müdaxilə etmək mümkündü və bu xəbər də yanlışdı. Mən Azərbaycana uyğun futbolçu deyiləm. Onu deyə bilərəm ki, anam Kanadada anadan olub”.

 

Qeyd edək ki, Devid Uoterspun 2013-cü ildən “Sent-Conston”un formasını geyinir.

0