[b]“Azərbaycandan gələn təklif iddialarıma uyğun deyil”[/b]
06.04.2016 - 11:56
[b]“Azərbaycandan gələn təklif iddialarıma uyğun deyil”[/b]

“Artıq 29 yaşım var. Bu üzdən yalnız inkişaf etməliyəm. Başqa yolum yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın yeniyetmələr və gənclərdən ibarət yığmalarının sabiq qapıçısı Yuri Martışuk deyib.

 

Son klubu Odessa “Çernomorets”i olan təcrübəli əlcək sahibi özünə yeni komanda axtarır. Lakin Martışuk Azərbaycandan aldığı variantdan imtina etdiyini və bunun səbəbini açıqlayıb: “Geriyə addım atmaq haqqım yoxdu. Çünki artıq bunu düzəltməyə vaxtım olmayacaq. Bu yaxınlarda əlimdə Azərbaycan və Moldovadan rəsmi təklif var idi. Amma bu variantlar mənim iddialarıma uyğun deyil. Mən peşəkaram, təcrübəm, ustalığım var, işimə yüksək səviyyədə yanaşıram. Bu üzdən də müəyyən çərçivədən kənara çıxa bilmərəm”.

 

Qeyd edək ki, qapıçı karyerası ərzində “Zarya”, “Karpatı” və İvano-Frankovsk “Spartak”ında da çıxış edib.

0