[b]“Azərbaycandan sərfəli təklif almışdım” - Yuri Vernidub[/b]
25.04.2016 - 09:56
[b]“Azərbaycandan sərfəli təklif almışdım” - Yuri Vernidub[/b]

“Qəbələ”nin futbolçusu Vitali Vernidubun atası Yuri Vernidub qışda Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, bu barədə Ukrayna mətbuatına 50 yaşlı məşqçinin özü məlumat verib.

 

Hazırda “Zarya”nın “sükanı arxası”nda olan Vernidub yanvarda ona 3 təklifin gəldiyini bildirsə də, hazırkı komandasında qalmağı üstün tutub: “Qışda yaxşı variantlar yaranmışdı. “Karpatı” ilə danışığımız oldu. Ancaq “Zarya” ilə müqaviləm, komandanın qarşısında öhdəliyim var idi. Həmin vaxt bir neçə vacib oyunçumuzu itirə bilərdik. Amma çox şükür ki, əksəriyyəti komandada qaldı. Onlara dedim, gəlin, çempionatın sonuna qədər mübarizə aparaq, sonra gələcək karyeramızla bağlı qərar verərik. Axı belə bir məqamda çemodanı yığıb, ayrıla bilməzdim. “Karpatı” ilə yanaşı, Azərbaycan və Qazaxıstan klublarından da təklif almışdım. Özü də hər ikisi sərfəli təklif idi. Düzdü, pul vacibdi, amma onu almaq yox, qazanmaq lazımdı. Yaxşı maaşdan imtina edən adam tapmaq çətindi. Lakin insan üçün həyat prinsipləri də var. “Zarya”dakı məvacibim məni qane edir”.

 

Qeyd edək ki, Yuri Vernidubun rəhbərliyi altında “Zarya” Ukrayna Premyer Liqasında 4-cü pillədə qərarlaşıb.  

0