[b]“Azərbaycanla oyunda ən böyük təhlükə həmin vaxt olurdu”[/b]
10.02.2016 - 11:45
[b]“Azərbaycanla oyunda ən böyük təhlükə həmin vaxt olurdu”[/b]

“Yığmamızın oyununda müəyyən qüsurlar var idi. Matçdan matça daha yaxşı oyun nümayiş etdiririk. Ümid edirəm ki, yarımfinalda tam döyüşkən vəziyyətdə olacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futzalçısı Sergey Sergeyev deyib.

 

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsinin Azərbaycanla oyununda 6:2 hesabı ilə qalib gələn şimallıların 33 yaşlı müdafiəçisi qarşılaşma haqda fikirlərini açıqlayıb: “Azərbaycanla 1/4 final oyununda ustalıq səviyyəsi hesabına qalib gəldiyimizi demək olmaz. Bütün komandalar oynaya bildiyini sübut edib. Biz hər qarşılaşmada tam gücümüzü ortaya qoyduq. Bu üzdən də rəqibə yuxarıdan aşağı baxmaqdan söhbət gedə bilməz. Azərbaycanla görüşdə ən böyük təhlükə rəqib qapıçısız 5 oyunçu ilə mübarizə aparan vaxt oldu. Təəssüf ki, biz özümüz rəqibə əks-hücumlar təşkil etmək imkanı yaratdıq. Əgər bunun qarşısını alsaydıq, matç nisbətən az əsəbi xarakter daşıyardı. Yarımfinalda Serbiya ilə düşməkdən razıyıq. Azarkeş amilinin bizə təsiri yoxdu. Belə təzyiqdə oynamağa adət etmişik. Xorvatiyada da 15 min tamaşaçı önündə oynamışdıq”.

 

Qeyd edək ki, yığmamızı 6:2 hesabı ilə məğlub edən Rusiya yarımfinalda meydan sahibi Serbiya ilə görüşəcək.