[b]“Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm”[/b] - FOTO
12.10.2015 - 11:19
[b]“Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm”[/b] - FOTO

“Bolqarıstan futbolu get-gedə geriləyir. Vaxtilə final mərhələsi barədə düşünən komanda indi qrupu 4-cü pillədə bitirməyə çalışır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının sabiq müdafiəçisi Stefan Aladjov deyib.

 

Milli komandalarının Avro-2016-nın seçmə mərhələsindəki çıxışını dəyərləndirən 67 yaşlı mütəxəssis sabahkı görüşü səbirsizliklə gözlədiyini söyləyib: “Biz 2004-cü ildə Avropa çempionatının final mərhələsində iştirak etmiş ölkəyik. Amma indi ortabab olmağa çalışırıq. İvelin Popov, İvan Bandalovski kimi futbolçuları itirdik və onları əvəz edəcək oyunçular yetişmir. Məsələn, klubu “Ludoqorets”də əsas heyətə düşə bilməyən Mixail Aleksandrovun millidə nə işi var? Vaxtilə heç “Levski”dən futbolçu çağırılmırdı. Futbolçularımızı yenidən Avropaya çıxarmalıyıq. Şəxsən mən hazırkı yığmanın Azərbaycanla oyununu səbirsizliklə gözləyirəm. Bu heyətin necə çıxış edəcəyi mənim üçün maraqlıdı”.

 

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan oyunu sabah Sofiya şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0