“Millidəki ilk oyunum uğurlu alınıb. Bu üzdən Azərbaycanla qarşılaşma yığma karyeramın ən yaddaqalan görüşlərdən biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan millisinin sabiq futbolçusu Marat Xayrullin deyib.
“Aktobe”nin futbolçusu vətənində verdiyi müsahibədə 11 oyunluq yığma karyerasından danışıb. Marat bildirib ki, Azərbaycan millisi ilə qarşılaşmadakı debütü unudulmaz oyunlardandı: “Biz rəqibimizi Astanada qəbul edirdik. Stadion tam dolmuşdu. Həmin görüşdə 2:1 hesabı ilə qalib gəldik. Qollardan birinin də ötürməsini mən verdim”.
Qeyd edək ki, Xayrullinin xatırladığı matç 2011-ci il iyunun 3-də baş tutub. AÇ-2012-nin Astanadakı görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.