“Bakı”nın legioneri hakimə kəllə atdı - VİDEO, YENİLƏNİB
20.04.2014 - 23:11
Topaz Azərbaycan Premyer Liqasının XXXI turunun "Bakı" - "İnter" matçında xoşagəlməz hadisə baş verib. Apasport.az saytı xəbər verir ki, matçın 72-ci dəqiqəsində kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos hakimin qərarına kəskin şəkildə etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazınına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub.
Xatırladaq ki, “Bakı” bu oyunda biabırçı hesabla uduzub - 0:4.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0