[b]“Bakı”nın daha 6 xalı silindi[/b]
19.04.2016 - 12:37
[b]“Bakı”nın daha 6 xalı silindi[/b]

AFFA-nın İntizam Komitəsi “Bakı”nın hesabından növbəti 6 xalın silinməsinə qərar verib. Apasport.az saytının məlumatına görə, komitə bu addımı FİFA-dan quruma daxil olan məktuba əsasən atıb.

 

Belə ki, məktubda FİFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyi bildirilib. Paytaxt təmsilçisi ilə klubda çıxış etmiş Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmamağı səbəbindən “zolaqlılar”ın cari mövsüm aktivliyindən 6 xal silinməsini tələb edilib.

 

Bunu nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi I divizionda çıxış edən "Bakı"nın hesabından 6 xal silinməsinə qərar verib.

 

Qeyd edək ki, cari mövsümdə “Bakı”nın hesabından bir dəfə 6, bir dəfə 3 xal da silinmişdi. Bu dəfəki cəza ilə bakılıların ümumi xal cəzası 15-ə çatıb.