FİFA tərəfindən Madrid “Real”ına verilən transfer cəzasının yüngülləşdirilməsi “Barselona” rəhbərliyini narazı salıb. Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu dərhal vəkillərlə əlaqə saxlayıb.
“Barselona” rəhbərliyi vaxtilə özlərinin də analoji cəzaya məruz qaldıqlarını, lakin onlara tətbiq olunmuş sanksiyanın yüngülləşdirilmədiyini əsas gətirərək, İdman Arbitraj Məhkəməsindən (CAS) izahat tələb etmək qərarına gəlib.
Qeyd edək ki, “Real” və “Atletiko” klublarına yaşı 18-dən aşağı olan futbolçuların transferində qanunsuzluğa yol verdikləri üçün FİFA tərəfindən iki dönəm transfer qadağası qoyulmuşdu. Lakin ali futbol qurumunun “Real”ın cəzasını yüngülləşdirməsi madridlilərə yayda transferlər həyata keçirməyə imkan verəcək.