[b]“Barselona” “Real”ın rekordunu təkrarladı[/b]
29.02.2016 - 10:06
[b]“Barselona” “Real”ın rekordunu təkrarladı[/b]

“Barselona” məğlubiyyətsiz oyunlar seriyasını 34-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi bu göstəricidə əzəli rəqibi “Real”a çatıb.

 

La Liqanın XXVI turunda “Sevilya”nı qəbul edən Luis Enrikenin komandası 2:1 hesablı qələbə ilə liderliyini qoruyub. Bu isə məğlubiyyətsizlik seriyasının 34 oyuna çatması ilə nəticələnib. Bununla, “Barselona” əzəli rəqibi “Real”ın uğurlu seriyasını təkrarlayıb. “Kral klubu” 1988/89 mövsümündə ardıcıl 34 matçda uduzmayıb.

 

“Barsa”nın məğlubiyyətsiz oyunlar seriyası baxımından dünya futbol tarixində ilk “onluğ”a düşməsinə isə hələ çox var. Çünki 10-cu pillədə qərarlaşan “Beşiktaş” 1990-1993-cü illər aralığında 48 görüşdə uduzmayıb. 1986-1989-cu illərdə 106 qarşılaşmada məğlubiyyətin nə olduğunu bilməyən “Styaua” isə əlçatmazdı.

 

“Böyük beşlik” ölkələrindəki klublar arasında “Arsenal”ın 49, “Bavariya”nın 53 və “Milan”ın 58 oyunluq məğlubiyyətsizlik seriyası olub.

 

Qeyd edək ki, “Barselona” son 34 görüşün 28-də qələbə qazanıb, 6-da heç-heçə edib.