“Yuventus”un isveçrəli müdafiəçisi Stefan Lixtştayner karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 32 yaşlı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb.
Kataloniya təmsilçisi Lixtştayneri ümidləri doğrultmayan Aleş Vidalın əvəzinə transfer etmək niyyətindədi. Qarşı tərəflə danışıqlara artıq start verilib.
Lixtştaynerin “qoca sinyora” ilə sözləşməsinin müddəti bu mövsümün sonunda başa çatacaq. “Barselona” rəhbərliyi onun keçidini həll edəcəyi təqdirdə, Vidalla yolları ayıracaq.
Qeyd edək ki, əvvəllər “Lill” və “Latsio” klublarının da formasını geyinmiş Lixtştayner 2011-ci ildən “Yuventus”un uğurları üçün çalışır.