[b]“Barselona” “Yuventus”un təklifini qəbul etmədi[/b]
15.08.2017 - 10:20
“Barselona”nın futbolçusu Andre Qomeşi almaq istəyən “Yuventus”un arzusu həyata keçməyib. Apasport.az saytı “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu portuqaliyalı futbolçunu satmaqdan imtina edib.
Belə ki, baş məşqçi Ernesto Valverde rəhbərliklə söhbətində Qomeşin ona lazım olduğunu bildirib. Bundan sonra “Barselona” qarşı tərəfin təklifini rədd edib. Futbolçu özü də karyerasını hazırkı komandasında davam etdirmək istədiyini bildirib.
Qeyd edək ki, 2016-cı ildən “Barselona”da çıxış edən Andre Qomeş 47 oyunda 3 qola imza atıb.
0
0