[b]“Barselona” Arda Turanla bağlı qərarını açıqladı[/b]
02.06.2016 - 17:53
[b]“Barselona” Arda Turanla bağlı qərarını açıqladı[/b]

“Barselona”nın yarımmüdafiəçisi Arda Turanın taleyinə aydınlıq gəlib. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, türkiyəli futbolçu gələn mövsüm də Kataloniya klubunun formasını geyinəcək.

 

Bunu İspaniya təmsilçisinin idman direktoru Robert Fernandes deyib. O bildirib ki, Ardadan komandanın aparıcı simalarından birinə çevrilməsini gözləyirlər: “Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən biri olacaq. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da, qış fasiləsindən sonra kollektivə uyğunlaşma problemi yaşamadığını göstərdi. Ona inamımız tamdı”.

 

Qeyd edək ki, ötən ilin yayında “Atletiko”dan “Barselona”ya transfer edilən Arda Turanın klubla müqavilə müddəti 2020-ci ilə qədərdi.