[b]“Barselona” Ardanı satır[/b]
10.05.2017 - 18:46
“Barselona” yay fasiləsində heyətində “təmizləmə işləri” aparacaq. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, kataloniyalıların transferə çıxaracağı futbolçulardan biri də Ardan Turan olacaq.
Belə ki, Kataloniya klubu onu minimum 30 milyon avroya satmağı planlaşdırır. Ümumiyyətlə, “Barsa” rəhbərliyi yayda oyunçu satışından 60 milyon avro gəlir əldə etmək niyyətindədi. Klub rəhbərliyinin “qara siyahı”sında olan digər futbolçular isə Luka Din və Jeremi Matyudu.
Qeyd edək ki, Arda Turan “Barselona”ya 2015-ci ildə “Atletiko”dan keçib.
0
0