“Valensiya”nın sağ cinah müdafiəçisi Joao Kanselo karyerasını “Barselona”da davam etdirəcək. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı futbolçunun agenti Jorje Mendeşlə razılıq əldə edib.
“Yarasalar” da Kanselonu satmağın əleyhinə deyillər. Məlumatda bildirilir ki, tərəflərin yalnız xırda detallarda anlaşması qalıb. Belə ki, “Barsa” rəhbərliyi bu keçidin mövsümün sonunda baş tutmasını istəyir. Bu isə o deməkdi ki, qış transfer dövründə olmasa belə, yayda Kanselo “Barselona”ya keçəcək.
Qeyd edək ki, 2015-ci ildən “Valensiya”nın formasını geyinən Kanselo bu ildən Portuqaliya yığmasına da dəvət alır.