[b]“Barselona” o futbolçunu qaytarır[/b]
07.04.2017 - 11:09
“Barselona”nın yay fasiləsində transfer edəcəyi futbolçulardan biri məlum olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi “Everton”un yarımmüdafiəçi Xerard Dulofeu ilə anlaşıb.
Hazırda icarə əsasında “Milan”da çıxış edən 23 yaşlı futbolçu yenidən yetirməsi olduğu “Barsa”nın formasını geyinəcək. Tərəflər arasında ilkin razılığa görə, İspaniya nəhəngi bu transfer müqabilində ingilislərə 12 milyon avro ödəyəcək.
Qeyd edək ki, Xerard Dulofeu “Everton”a 2015-ci ildə məhz “Barselona”dan keçib.
0
0