[b]“Barselona” və Messi “9” yazdı[/b]
17.03.2016 - 12:30
[b]“Barselona” və Messi “9” yazdı[/b]

“Barselona” daha bir rekorda imza atıb. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi buna Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində dünən “Arsenal”la keçirdiyi cavab görüşündən sonra nail olub.

 

Belə ki, “topçular”a ümumilikdə 5:1 hesabı ilə qalib gələn Luis Enrikenin komandası adını ÇL-in 1/4 final mərhələsinə yazdırıb. Ardıcıl 9-cu dəfə qitənin ən mötəbər klub turnirində 1/4 finala adlayan “Barselona” bununla yeni rekord müəyyənləşdirib. ÇL tarixində hələ heç bir komanda bu göstəriciyə imza atmamışdı.

 

Dünənki matç “Barselona”nın futbolçusu Lionel Messi üçün də yaddaqalan olub. Belə ki, 1 dəfə fərqlənən argentinalı hücumçu karyerası ərzində “Arsenal”a vurduğu qolların sayını 9-a çatdırıb.