[b]“Barselona” və PSJ-nin Koutinyo mübarizəsi[/b]
26.12.2016 - 15:49
[b]“Barselona” və PSJ-nin Koutinyo mübarizəsi[/b]

Yulian Draksleri heyətinə qatan PSJ daha bir transferi həyata keçirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi “Liverpul”un futbolçusu Filipp Koutinyo ilə yaxından maraqlanır.

 

PSJ rəhbərliyi bu keçidin baş tutması üçün 47 milyon avro xərcləməyə hazırdı. Lakin transferin alınması üçün rəqabətdən ayrılmaq lazımdı. Belə ki, “Barselona” da 24 yaşlı yarımmüdafiəçi ilə danışıq aparır. Koutinyonun hansı klubu seçəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, 2013-cü ildən “Liverpul”un formasını geyinən Koutinyo “mersisaydlılar”ın heyətində ümumilikdə 158 oyunda 35 qola imza atıb.