“Barselona”nın baş məşqçisi postunda yayda Luis Enrikeni kimin əvəzləyəcəyi müəmma olaraq qalmaqdadı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, daha bir çalışdırıcı Kataloniya klubunun “sükanı arxası”na keçmək fikrində olmadığını bildirib.
Belə ki, “Sevilya”nın baş məşqçisi Xorxe Sampaolinin ardınca “Tottenhem”ə rəhbərlik edən Maurisio Poçettino da mövsümün sonunda iş yerini dəyişmək haqda düşünmür: “Barselona”da işləmək? Tottenhem”i tərk etmək fikrim yoxdu. Çünki mən Avropanın ən yaxşı klublarından birində çalışıram. Görünən odu ki, “Barselona”nın yeni baş məşqçisi adına 100 namizəd var”.
Qeyd edək ki, məşqçilik karyerası ərzində “Espanyol” və “Sauthempton” klublarını da çalışdırmış argentinalı mütəxəssis 2014-cü ildən “Tottenhem”in “sükanı arxası”ndadı.