[b]“Barselona”da növbəti itki[/b]
26.10.2016 - 17:29
[b]“Barselona”da növbəti itki[/b]

“Barselona” daha bir futbolçusunu itirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Xerard Pike və Xordi Albadan sonra daha bir müdafiəçi Jeremi Matye sıradan çıxıb.

 

Kataloniya Superkuboku uğrunda “Espanyol”la (0:1) matçda əzələsi dartılan fransalı futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə o deməkdi ki, 33 yaşlı oyunçu komandanın növbəti 4 oyununu buraxacaq.

 

Qeyd edək ki, Jeremi Matye “Barselona”ya 2014-cü ildə “Valensiya”dan keçib.