[b]“Barselona”dan 200 milyonluq müqavilə[/b]
16.11.2016 - 18:10
[b]“Barselona”dan 200 milyonluq müqavilə[/b]

“Barselona”nın yeni sponsorunun adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi “Alibaba Group”la anlaşmayıb.

 

Gələn mövsümdən etibarən klubun baş sponsoru Yaponiyanın bir başqa şirkəti “Rakuten” olacaq. İnternet vasitəsilə alış-veriş işləri ilə məşğul olan “Rakuten” də bu məlumatı rəsmi saytı vasitəsilə təsdiqləyib. Öz sahəsində dünyanın ən böyük şirkətlərindən olan “Rakuten” qarşıdakı 4 mövsümdə İspaniya nəhəngi ilə çalışacaq.

 

Anlaşmaya əsasən, “Barsa” bu sponsordan ilinə 50-60 milyon avroluq gəlir əldə edəcək.