“Barselona”nın müdafiəçisi Tomas Vermalen karyerasını Türkiyədə davam etdirməyə çox yaxındı. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, “Beşiktaş” belçikalı futbolçunu transfer etməyə hazırlaşır.
“Barsa”da yeni baş məşqçi Ernesto Valverdenin planlarına daxil olmayan 32 yaşlı mərkəz müdafiəçisi “Beşiktaş”la artıq ilkin razılıq əldə edib. İspaniya nəhəngi də onu ucuz qiymətə satmağı planlaşdırır. Ötən mövsümü icarə əsasında “Roma”da keçirən Vermalenin “Beşiktaş”a 3 milyon avroya başa gəlməsi gözlənilir.
Qeyd edək ki, Vermalen “Barselona”ya 2014-cü ildə “Arsenal”dan keçib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi