[b]“Barselona”lı futbolçuya yeni müqavilə təklifi[/b]
06.09.2016 - 10:37
[b]“Barselona”lı futbolçuya yeni müqavilə təklifi[/b]

“Barselona” rəhbərliyi komandanın qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqavilə imzalayacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı qolkiperə təklif olunacaq yeni sözləşmənin müddəti hələ açıqlanmayıb.

 

Ştegenin hazırkı anlaşması 2019-cu ilə qədər olsa da, Kataloniya klubunun rəhbərliyi onunla yeni müqavilə bağlamağa qərar verib.

 

Qeyd edək ki, Ştegen “Barselona”ya 2014-cü ildə Mönxenqladbax “Borussiya”sından transfer olunub.