[b]Katalonların “Santyaqo Bernabeu” planı[/b]
09.02.2017 - 01:32
[b]Katalonların “Santyaqo Bernabeu” planı[/b]

İspaniya Kral Kubokunda final oynayacaq “Barselona” həlledici matçın harda keçirilməsi ilə bağlı təklif verib. Apasport.az saytının məlumatına görə, katalonlar görüşün Madriddə, əzəli rəqibi “Real”ın stadionunda oynanılmasını istəyir.

 

Buna səbəb həm “Santyaq Bernabeu” arenasının yüksək səviyyəli matçları qəbul etmək üçün uyğun məkan olduğu, həm də “Barselona”nın əzəloi rəqibinin meydanında kubok qaldırmaq istəyidir.

 

Ancaq ispan mətbuatı bunun baş tutmaq ehtimalının çox az olduğunu yazıb.