[b]“Barselona”nın büdcəsi fantastik həddə çatacaq[/b]
14.09.2017 - 16:54
[b]“Barselona”nın büdcəsi fantastik həddə çatacaq[/b]

“Barselona”nın növbəti mövsümdə büdcəsinin nə qədər olacağı müəyyənləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin İdarə Heyəti illik büdcə ilə bağlı yeni layihə hazırlayıb.

 

Bu, klub üzvlərinin assambleyasına təqdim ediləcək. Assambleyanın iclası 21-22 oktyabrda baş tutacaq.

 

Yeni layihədə “Barselona”nın büdcəsinin fantastik həddə çataraq, 897 milyon avroya bərabər olacağı gözlənilir.

 

Qeyd edək ki, “Barsa” rəhbərliyinin məqsədi illik büdcəni 1 milyarda çatdırmaqdı.