[b]“Barselona”nın dördüncü “dördü”[/b]
15.02.2017 - 09:38
[b]“Barselona”nın dördüncü “dördü”[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Fransada PSJ-yə 0:4 hesabı ilə uduzan “Barselona” bu turnirin tarixi ərzində 4-cü dəfə darmadağın olub. Apasport.az saytının məlumatına görə, İspaniya klubu qitənin ən nüfuzlu klub turnirində bunadək 3 dəfə belə ağır yenilgi yaşamışdı.

 

Kataloniyalılar üçün antirekord olan 0:4 hesabına ilk dəfə 23 il öncə təsadüf olunub. 1994-cü ildə final oyununda İtaliya təmsilçisi “Milan” rəqibini 4 cavabsız qolla məğlub edib.

 

1997-ci ildə Kiyev “Dinamo”su “Barselona”ya “divan tutub” – 4:0. İspaniyalıların sonuncu rüsvayçılığı ilə 2013-cü ildə qeydə alınmışdı. Həmin vaxt Almaniyanın “Bavariya” klubu rəqibini eyni hesabla üstələmişdi.

 

Qeyd edək ki, “Barselona” və PSJ arasında 1/8 finalın cavab oyunu martın 8-də baş tutacaq.