[b]“Barselona”nın futbolçusu “Nitsa”da[/b]
30.08.2017 - 13:37
“Barselona”nın futbolçusu Marlon karyerasını Fransada davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, “Nitsa” klubu braziliyalı müdafiəçini icarəyə götürüb.
Bu barədə Liqa-1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Lakin razılığa əsasən, kataloniyalılar “sambaçı”nı gələn yay da geri qaytara bilərlər.
Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi “Fluminense” klubunun yetirməsidi.
0
0