“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas yenidən İspaniyaya qayıtmaq arzusundadı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bu dəfə “Barselona”nın deyil, “Real”ın formasını geyinə bilər.
İngiltərə Premyer Liqasının ilk turunda “Vest Hem”lə qarşılaşmanı ehtiyatda keçirən 29 yaşlı oyunçu London klubunu tərk etmək fikrinə düşüb. Maraqlıdı ki, Fabreqas yetişdiyi “Barselona”ya yox, onun əzəli rəqibi “Real”a mesaj göndərib. Belə ki, meneceri onu “kral klubu”nun prezidenti Florentino Peresə təklif edib. Antonio Kontenin gəlişindən sonra “Çelsi”də əsas heyətə düşə bilməyəcəyini düşünən Fabreqas klublar arasında razılıq əldə edilərsə, karyerasını “Real”da davam etdirməyə hazırdı.
Qeyd edək ki, Sesk Fabreqas “Çelsi”yə 2014-cü ildə “Barselona”dan keçib.
- Harri Keyn Çempionlar Liqasında tarix yazdı – Ronaldonun rekorduna yaxınlaşır
- “Milan”ın futbolçusu əməliyyat olundu
- “Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi
- Yamaldan “Qalatasaray” etirafı: “İkinci qolları ləğv edilməsəydi...”
- Okan Buruk futbolçularını tənqid etdi: “Oyunu daha yaxşı oxumalıdırlar”