[b]“Barselona”nın finaldakı rəqibi bəlli oldu[/b]
09.02.2017 - 01:57
[b]“Barselona”nın finaldakı rəqibi bəlli oldu[/b]

İspaniya Kral Kubokunda yarımfinalın daha bir cavab oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Alaves” “Selta” ilə qarşılaşıb.

 

Viqoda keçirilən ilk oyunda tərəflər qolsuz bərabərliyə razılaşmışdılar. Cavab görüşündə isə meydan sahibləri qələbə qazanıb.

 

“Alaves” minimal hesablı qalibiyyət nəticəsində “Barselona”ya rəqib olub.

 

İspaniya Kral Kuboku

Yarımfinal, cavab oyunu

 

“Alaves” – “Selta” – 1:0 (ilk oyun: 0:0)

Qol: Mendez, 82