Bu gün Türkiyə kubokunda 2-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, B, D, F və E qruplarında növbəti matçlar keçirilib.
B qrupunda “Rizəspor” səfərdə “Kasımpaşa”nı 6:1 hesabıyla darmadağın edib. Rizə təmsilçisi bu qələbəylə iki oyunda 6 xal toplayaraq qrupda 1-ci pilləyə yüksəlib.
D qrupunda da bir oyun baş tutub. “Boluspor” evdə “Darıca Gənclərbirliyi”ni 3:1 hesabıyla məğlub edərək ilk qələbəsini qazanıb.
F qrupunda isə 2 görüş keçirilib. “Göztəpə” doğma meydanda “Yeni Amasyaspor”u 2:0 hesabıyla məğlub edib.
Super Liqanın lideri “Başakşəhər” də “Sivasspor”u eyni hesabla üstələyib. Bu nəticələrdən sonra “Başakşəhər” və “Göztəpə” 6 xalla F qrupuna başçılıq edirlər.
E qrupunda keçirilən yeganə oyunda isə “Elazığspor” evdə “Tuzlaspor”a uduzub - 0:1. Elazığlılar iki oyunda topladıqları 1 xalla 3-cü pillədə qərarlaşıb.