“Real”ın yarımmüdafiəçisi Hames Rodriges daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, kolumbiyalı futbolçu “Mançester Yunayted”dən sonra “Bavariya”nın da gündəminə gəlib.
Münhen təmsilçisi “kral klubu”nun transferə çıxardığı 26 yaşlı orta sahə oyunçusu üçün qarşı tərəflə danışıqlara start verib. Ancaq almanlar Hamesi əldə etmək üçün 80 milyon avrolarından keçməlidilər. Çünki bu günlərdə “Mançester Yunayted”in 70 milyon avroluq təklifini qəbul etməyən ispanlar onlardan məhz bu məbləği tələb etmişdilər.
Qeyd edək ki, Hames Rodrigesin 2014-cü ildə “Monako”dan transferi zamanı “Real” 63,7 milyon avro xərc çəkib.