[b]“Bavariya” “Qarabağ”a məktub yolladı[/b] - [b]FOTO[/b]
30.05.2017 - 20:59
[b]“Bavariya” “Qarabağ”a məktub yolladı[/b] - [b]FOTO[/b]

Bu mövsüm Almaniya Bundesliqasının qalibi olan “Bavariya” “Qarabağ”a məktub ünvanlayıb. Apasport.az saytının məlumatına görə, Bundeslqa nəhəngi ağdamlıları çempionluq münasibəti ilə təbrik edib.

 

İdarə heyətinin sədri Karl Haynz Rummenigenin kluba ünvanladığı məktubda deyilir: “Bavariya” klubu adından “Qarabağ”ı 2016/17-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olmağı münasibətiylə təbrik edirəm”.