[b]“Bavariya” finala yüksəldi, Müller 150-yə çatdı[/b]
20.04.2016 - 10:11
[b]“Bavariya” finala yüksəldi, Müller 150-yə çatdı[/b]

“Bavariya”nın hücumçusu Tomas Müller yubiley qolunu vurub. Apasport.az saytının məlumatına görə, Almaniya Kubokunun yarımfinal mərhələsində “Verder”lə görüşdə dubl edən futbolçu Münhen klubunun heyətində 150-ci qoluna imza atıb.

 

30 və 71-ci dəqiqələrdə toru silkələyən 27 yaşlı oyunçunun ilk topu 150-ci qol kimi tarixə düşüb. Müller “Bavariya”da 150 qol həddini keçən 5-ci oyunçu olub. O, hazırda Roland Volfart (155 qol), Reyner Oxlhauzer (208), Karl-Haynts Rummenigge (218) və Herd Müllerdən (573) geri qalır.

 

Qeyd edək ki, “Verder” üzərində 2:0 hesablı qələbə qazanan “Bavariya” ölkə kubokunda finala vəsiqə qazanan ilk komanda olub.