[b]“Bavariya”dan 40 milyonluq transfer[/b]
14.06.2017 - 13:01
[b]“Bavariya”dan 40 milyonluq transfer[/b]

“Bavariya” heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen klubu “Lion”un yarımmüdafiəçisi Korentin Tolissonu transfer edib.

 

Fransa təmsilçisi iki klub arasında hərtərəfli razılığın əldə olunduğunu bəyan edib. Almanların da gün ərzində gənc yarımmüdafiəçinin keçidini açıqlaması gözlənilir. Fransa millisinin üzvü “Bavariya”ya 40 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, “Lion”un yetirməsi olan 23 yaşlı Korentin Tolisso 2013-cü ildən bəri əsas komandanın formasını geyinib.