[b]“Bavariya”dan ardıcıl 6-cı, ümumilikdə 28-ci çempionluq - VİDEO[/b]
07.04.2018 - 19:20
[b]“Bavariya”dan ardıcıl 6-cı, ümumilikdə 28-ci çempionluq - VİDEO[/b]

Almaniya Bundesliqasının XXIX turu çempionun müəyyənləşməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Bavariya” “Auqsburq” üzərində səfər qələbəsi (4:1) qazanaraq, sona 5 tur qalmış rəqibləri üçün əlçatmaz olub.

 

Belə ki, xallarının sayını 72-yə çatdıran Yupp Haynkesin yetirmələri ən yaxın izləyicisi “Şalke”ni 20 xal qabaqlayır. Gelzenkirhen təmsilçisi ehtiyatında olan 1 görüşdə qələbə qazansa belə, liderə çatması qeyri-mümkündü.

 

Bununla ardıcıl 6-cı dəfə Bundesliqanın qalibi olan “Bavariya” ümumilikdə isə 28-ci dəfə ölkə çempionluğunu qazanıb.

 

0