[b]“Bavariya”dan Premyer Liqaya[/b]
31.08.2017 - 21:05
“Bavariya”nın gənc futbolçusu Renato Sançes karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Suonsi” gənc futbolçunu bir illik icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Portuqaliya millisinin üzvü ötən il Fransada keçirilən Avropa çempionatında turnirin ən yaxşı gənc futbolçusu seçilmişdi.
Qeyd edək ki, “Bavariya”ya ötən il, “Benfika”dan 35 milyon avro qarşılığında transfer edilən yarımmüdafiəçi, 2016/17 mövsümündə 25 oyunda şans qazanıb.
0
0