[b]“Bayer”də türkiyəli baş məşqçi[/b]
06.03.2017 - 15:25
[b]“Bayer”də türkiyəli baş məşqçi[/b]

“Bayer”in yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Leverkuzen klubu Tayfun Korkuta həvalə edilib.

 

Bundesliqanın ötən turunda Dortmund “Borussiya”sına böyük hesabla (2:6) məğlub olan “Bayer” Rojer Şmidtlə yollarını ayırmışdı. Klub rəhbərliyi bu posta türkiyəli mütəxəssisi gətirib. Anlaşmaya əsasən, Korkut cari mövsümün sonuna qədər “Bayer”in “sükanı arxası”nda olacaq.

 

Qeyd edək ki, Tayfun Korkutun sonuncu klubu ötən mövsüm Bundesliqanın digər təmsilçisi “Hannover” olub.