[b]“Beşiktaş” “Şaxtyor”un futbolçusunu alır[/b]
26.12.2016 - 18:12
[b]“Beşiktaş” “Şaxtyor”un futbolçusunu alır[/b]

“Şaxtyor”un müdafiəçisi Yaroslav Rakitski karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, Donetsk klubunun futbolçusu ilə “Beşiktaş” yaxından maraqlanır.

 

“Qara qartal” Rakitskini əvvəlcə icarəyə götürmək, sonra isə 3,5-4 milyon avro qarşılığında onun transfer hüququnu birdəfəlik almaq niyyətindədi. “Şaxtyor” rəhbərliyi bu keçidin baş tutmasına qarşı deyil. Lakin onlar türklərdən 6 milyon avro tələb edirlər.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu 2009-cu ildən “Şaxtyor”un əsas komandasında çıxış edir.