[b]“Beşiktaş” azarkeşi Fransada həbs edildi[/b]
19.04.2017 - 17:36
[b]“Beşiktaş” azarkeşi Fransada həbs edildi[/b]

“Beşiktaş”ın azarkeşlərindən biri Fransada məhkəmə qarşısına çıxarılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən saxlanılan fanatla bağlı həbs qərarı verilib.

 

Buna səbəb kimi, Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində ötən həftə keçirilən “Lion” – “Beşiktaş” qarşılaşmasında həmin azarkeşin stadion əməkdaşlarından birini vurması göstərilib. Stadionun kameralarına düşdüyü söylənilən olayda Almaniyadan Fransaya yollanan Türkiyə əsilli azarkeşin stadion işçisini yumruqla vurduğu bildirilib. Bu səbəbdən məhkəmə onun 2 aylıq həbsinə qərar verib.

 

Maraqlıdı ki, qarşılaşmadan əvvəl tribunalardakı qarışıqlığa görə, 2000-ə yaxın fransız fanat meydana axın edərək, dava-dalaşa səbəb olsa da, saxlanılan yeganə azarkeş türkiyəli olub.

 

Qeyd edək ki, fransız azarkeşlərin intizamsız davranışı üzündən 45 dəqiqə gec başlayan “Lion” – “Beşiktaş” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

0