[b]“Beşiktaş” rəsmən açıqladı: 1 milyarddan çox borcu var [/b]
07.09.2016 - 16:33
[b]“Beşiktaş” rəsmən açıqladı: 1 milyarddan çox borcu var [/b]

Türkiyənin “Beşiktaş” klubunun borclarının məbləği məlum olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi məlumat yayıb.  

 

Mətbuatda “qara qartal”ın 2 milyard lirədən çox borcunun olduğu yazılırdı. Məlum olub ki, Türkiyə çempionunun yazılan məbləğdən az borcu var.

 

Belə ki, klubun saytında yer alan xəbərdə “Beşiktaş”ın 1 milyard 262 milyon 592 min 503 lirə borcunun olduğu müəyyənləşib.

 

Qeyd edək ki, əsası 1903-cü ildə qoyulan “Beşiktaş” tarixi ərzində 14 dəfə Türkiyə çempionluğunu, 9 dəfə isə ölkə kubokunu qazanıb.