Türkiyə kubokunda 1/4 final matçlarına yekun vurulub. Apasport.az saytının məlumatna görə, bu gün baş tutan iki qarşılşma ilə yarımfinalın bütün iştirakçıları bəlli olub.
Öz meydanında “Amed Sportif”i məğlub edən “Fənərbaxça” (3:1) və “Beşiktaş”ı əliboş yola salan “Konyaspor” (1:0) “Qalatasaray” və “Rizəspor”un ardından adlarını son dördlüyə yazdıra biliblər.
Daha əvvəlcədən təyin olunan reqlamentə görə, “Qalatasaray” “Rizəspor”, “Fənərbaxça” isə “Konyaspor”la final uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Türkiyə kubokunun yarımfinal mərhələsinin ilk matçları 19-20-21 aprel, cavab matçları isə 10-11-12 may tarixlərində oynanılacaq.