“Döyüşkən ruhumuzun olduğunu bu gün isbatladıq. Düzdü, birinci setdə uğursuzluq yaşadıq. Amma buna düçar olmağımız 2 dəqiqə ərzində baş verdi. Növbəti hissələrdə vəziyyəti dəyişdik”. Apasport.az saytının məlumatına görə, bunu İsveçrənin “Volero” voleybol klubunun hollandiyalı baş məşqçisi Avital Selinger deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/6 final mərhələsinin “Lokomotiv”lə cavab oyununu şərh edib.
O bildirib ki, Bakıda 2:3 hesabı ilə uduzduqdan sonra Sürixdə 3:1 hesablı qələbə yerinə düşüb və “Qızıl set”ə ehtiyac olmayıb: “Etiraf etməliyəm ki, “Lokomotiv” çox gözəl oyun göstərdi. Onlar bizə həyəcan yaşada bildilər. Ağır işimizi davam etdirməli və diqqətimizi növbəti oyuna yönəltməliyik. Artıq bizi "Lokomotiv" yox, “Vakıfbank” maraqlandırır”.
Qeyd edək ki, "Lokomotiv"i mübarizədən kənarlaşdıran "Volero" 1/3 finalda Türkiyənin "Vakıfbank" klubu ilə üz-üzə gələcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”