[b]“Borussiya” yeni müdafiəçi ilə gücləndi[/b]
30.08.2017 - 16:39
“Borussiya” heyətinə yeni futbolçu qatıb. Apasport.az saytı xəbər verir ki, Dortmund klubu Bundesliqanın digər təmsilçisi “Hoffenhaym”ın üzvü Jeremi Tolyanla anlaşıb.
Məlumat klubun rəsmi saytı vasitəsilə yayılıb. 23 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bu keçidə görə “Borussiya” rəhbərliyi qarşı tərəfə 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2013-cü ildən “Hoffenhaym”da çıxış edən Tolyan Almaniyanın gənclərdən ibarət millisinin də üzvüdü.
0
0