“İnter”in futbolçusu Adrian Skarlatake Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi ölkə çempionatımızda 100 oyun səddinə çatan ilk rumıniyalı olub.
O, yubileyini Topaz Premyer Liqasının X turunda qeyd edib. “Sumqayıt”la görüşün (3:1) 85-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana çıxan futbolçu mövsümdə 5-ci, Azərbaycan çempionatında 100-cü dəfə forma geyinib.
Keçirdiyi matçlardan 95-nə “Xəzər Lənkəran” formasında çıxan Adrian 5 mövsüm oynadığı cənubluların heyətində 11 qol vurub. Paytaxt klubundakı 5 qarşılaşmada isə oyun sayını 100-ə, qollarını 12-yə çatdırıb.
Qeyd edək ki, Skarlatakenin debüt oyunu 2011-ci il fevralın 13-nə təsadüf edib. O, həmin gün “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”da meydana çıxıb.
|
Mövsüm |
Klub |
Oyun |
Qol |
|
2010/11 |
Xəzər Lənkəran |
12 |
1 |
|
2012/13 |
Xəzər Lənkəran |
27 |
5 |
|
2013/14 |
Xəzər Lənkəran |
29 |
3 |
|
2014/15 |
Xəzər Lənkəran |
18 |
2 |
|
2015/16 |
Xəzər Lənkəran |
9 |
0 |
|
2016/17 |
İnter |
5 |
1 |
|
Cəmi |
|
100 |
12 |