[b]“Bu, ən ağrılı məqamdı” – Tərlan Əhmədov[/b]
17.04.2016 - 21:38
[b]“Bu, ən ağrılı məqamdı” – Tərlan Əhmədov[/b]

“Futbolçularım çox gözəl mübarizə apardılar. Rəqibin belə oynayacağını bilirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XXX turunda öz meydanında “Sumqayıt”ı məğlub edən “təyyarəçilər”in çalışdırıcısı fikirlərini bölüşüb: “Komanda şəklində çıxış etdik. Şansları əldən versək də, qalib gələ bildik. 3 xal bizə avrokuboklara vəsiqə qazanmaq baxımından lazım idi”.


- Bu gün bütün əsas oyunçuları ilk dəqiqələrdən meydana buraxmışdınız...
- Heyət rəqibə görə dəyişir. "Sumqayıt" istəkli komandadı, irəliləmək istəyir. Onlara görə heyətimizi qurmuşduq.


- Artıq AZAL Avropa Liqasına yaxındı, bununla bağlı rəhbərliklə danışmısınız?  
- Bu, ən ağrılı məqamdı. Hələ ki, vəziyyət müəmmalıdı. Planımız yoxdu.

 

(futbolinfo.az)

0