[b]“Bu hesabı gözləmirdim” – Adil Şükürov[/b]
27.02.2016 - 17:09
“Komandamızı və azarkeşləri təbrik edirəm. Bilirdik ki, çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Zirə”nin baş məşqçisi Adil Şükürova məxsusdu.
Topaz Premyer Liqasının XXIII turunda “Neftçi”ni qəbul edən “Zirə” 3:0 hesablı qələbə qazanıb.
Matçdan sonrakı mətbuat konfransında Şükürovun qələbə şərhi belə olub: “Neftçi” 10 nəfərlə qaldıqdan sonra da təzyiq göstərdi. Onlar da xal qazanmaq istəyirdilər. Rəqibin belə oynyacağını bilirdik. “Neftçi”yə qarşı oynamaq üçün komandanın əlavə motivasiyaya ehtiyacı yox idi. Açığı, bu hesabı gözləmirdim”.
0
0