[b]“Bu keyfiyyətdə cəmi 1 oyunçumuz olub, o da Prosineçki”[/b]
26.02.2016 - 12:50
[b]“Bu keyfiyyətdə cəmi 1 oyunçumuz olub, o da Prosineçki”[/b]

Sloveniyanın “Olimpiya” klubunun serbiyalı futbolçu Danko Lazoviçi heyətinə qatması yığmamızın baş məşqçisi Robert Prosineçkinin yada düşməsinə səbəb olub. Apasport.az saytı xəbər verir ki, bu transferdən sonra sloveniyalılar sabiq xorvatiyalı futbolçunu xatırlayıblar.

 

Belə ki, Serbiya yığmasının keçmiş üzvünün “Olimpiya”ya keçidindən razı qalan klubun direktoru Ranko Stoiç yeni transferlərini məhz Prosineçki ilə müqayisə edib.

 

O bildirib ki, “Olimpiya” tarixi ərzində Prosineçkidən sonra ikinci ən səs-küylü transferini rəsmiləşdirib: “Bu keyfiyyətdə oyunçu “Olimpiya”da cəmi 1 dəfə olub, o da Robert Prosineçkidi. Lazoviç Prosineçkidən sonra etdiyimiz ən dəyərli transferdi. Çempion olmaq üçün heyətinə çempion oyunçular qatmalısan”.

 

Qeyd edək ki, Robert Prosineçki 2002/2003 mövsümünü “Olimpiya”da keçirib.