[b]“Bu komandanı dayandırmaq üçün bütün hakimləri dəyişmək lazımdı”[/b]
21.12.2016 - 09:47
[b]“Bu komandanı dayandırmaq üçün bütün hakimləri dəyişmək lazımdı”[/b]

“Milan”ın prezidenti Silvio Berluskoni maraqlı fikirlər səsləndirib. Apasport.az saytı xəbər verir ki, sabiq baş nazir “Yuventus”un hegemonluğunu hakimliklə əlaqələndirib.

 

Belə ki, Berluskoni Turin klubunun ardıcıl çempionluqlarında hakimlər tərəfindən onlara göstərilən köməyin böyük rol oynadığını düşünür: “A seriyasında “Yuventus”u dayandırmaq üçün ilk növbədə bütün hakimləri dəyişmək lazımdı”.

 

Qeyd edək ki, “Yuventus” son 5 mövsümdə A seriyasının çempionu olub.